Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi


19:22     08 May 2021 21_05_08_1620487371.jpg


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verilib.

Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmana edilən dəyişiklikdə qeyd olunub.

Fərmana əsasən, Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edəcək.

Qeyd edək ki, əvvəl şirkətin Nizamnaməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilirdi.

Femida.az

Açar sözlər: #neft   #investisiya   #holdinq  

Oxunub: 1290