Son bir həftədə 35 mina tapılıb


10:35     10 May 2021 2021/05/6704D9B2-14EF-4351-87C7-1F760A30C0BB_1620628538.png

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatları açıqlayıb.


ANAMA-dan bildirilib ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 922 816 m² (93 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Açar sözlər: #mina   #ANAMA  

Oxunub: 337