“Erməni terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir” - Baş Prokuror


11:52     10 May 2021 21_05_10_1620633784.jpg


Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var.

Femida.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir: "Onlara qarşı konkret cinayət işi üzrə ittiham irəli sürülüb. Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsindəki cinayət işinə beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".


Femida.az

Açar sözlər: #Erməni   #terrorçu   #cinayət   #KamranƏliyev  

Oxunub: 278