Şəmkirdə qohumunu güllələyən şəxs saxlanılıb
15:33 10 May 2021
Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Femida.az xəbər verir ki, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Oxunub: 1044
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Şəmkirdə yol polisi reyd keçirib