İran XİN bu ölkədən Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlara münasibət bildirib


16:55     10 May 2021 21_05_10_1620648758.jpg

İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və bunun yalan məlumatlar olduğunu qeyd edib.

APA-nın Tehran bürosunun sualına cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Azərbaycan və Ermənistanda baş verən proseslərlə bağlı bütün xəbərlərin istinad mərkəzi İran İslam Respublikası Xarici İşlər Nazirliyi və İranın Azərbaycan və Ermənistandakı səfirlikləridir.

Hər iki ölkə mətbuatını təsdiqlənməmiş xəbərlərin yayımlanmasından çəkinməyə çağıran S.Xətibzadə qeyd edib ki, 44 günlük müharibədən sonra tərəflər arasında müsbət atmosfer yaranıb: “Mən hamını müharibədən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaranmış atmosferdən istifadə etməyə çağırıram. Onlardan əldə olunmuş razılıqların qorunub saxlanılması və icrası üçün bir-birlərinə yardım etmələrini təmənna edirəm.

Hər iki ölkənin KİV-lərindən təsdiqlənməmiş, mənbəyi məlum olmayan və yalan məlumatların yayılmasından çəkinmələrini istəyirəm".

Açar sözlər:

Oxunub: 493