Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək
09:37 11 May 2021
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.
Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.
Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.
Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq.
Oxunub: 852
Oxşar xəbərlər
- Lavrov gələn həftə Azərbaycana səfər edəcək
- Lavrov Qərbin Rusiyadan 300 milyard dollar oğurladığını söyləyib
- Lavrov Avropa ölkələrinə xəbərdarlıq edib: "Qırmızı xətlərimiz var"
- Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
- Lavrov Çavuşoğlu ilə görüşəcək
- Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
- Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək
- Lavrov Mirzoyanla görüşüb
- Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
- Lavrov Ermənistan və Azərbaycanı ritorikanı yumşaltmağa çağırıb