"YAŞAT" bu günədək 2881 şəhid ailəsini ziyarət edib


10:02     11 May 2021 2021/05/052A4B89-FD74-4B6B-8425-7C5E9C86F4A1_1620715495.jpeg

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Fond tərəfindən indiyədək 2881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günə qədər 6235 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2973 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 448-dir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün https://yashat.gov.az/report/tableau portalı istifadədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 549


Oxşar xəbərlər