Ombudsman: "Ermənilər Kəlbəcərdə hər addımbaşı mina basdırıb"
10:34 11 May 2021
"Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olduq: Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilib və bu minalar sözün əsl mənasında, hər addımbaşı basdırılıb. Bu, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin daha bir əyani sübutudur. Artıq onlarla hərbi qulluqçumuz və mülki şəxslərimiz bu işarələnməmiş mina partlayışlarının qurbanı olub. Bir milyondan çox azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır".
Femida.az-ın xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
"Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur. Azərbaycan Ombudsmanı mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə yeni faktlar və sübutları çatdıraraq, işarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, müvafiq beynəlxalq strukturlardan Ermənistandan bu minalanmış ərazilərin xəritələrinin verilməsi üçün tədbirlər görmələrini tələb edir", - açıqlamada vurğulanıb.
Femida.az
Oxunub: 2895
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"