Polis Şirvanda reyd keçirib


11:55     11 May 2021 21_05_11_1620720172.jpg


Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydaları barədə geniş məlumatlar verilib.

Həmçinin polis əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə, eləcə də piyada keçidlərindən istifadə etməyən vətəndaşlarla da maarifləndirici söhbətlər apararaq, mütləq qaydada qanunlara riayət etmələrini çatdırıblar.

Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 4168