Ötən 24 saatın kriminal xronikası


12:07     11 May 2021 2021/05/hebs_esas_1620720567.jpg


Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt, qanunsuz saxlanılan silah-sursat bağlı 2 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #kriminal  

Oxunub: 328