Ceyhun Bayramov: "Ermənistan sülh prosesini pozur"
13:29 11 May 2021
“Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir. Ölkə çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.
Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndiririk”, - o deyib.
Eyni zamanda, Azərbaycan xarici işlər naziri Ermənistan tərəfinin sülh prosesini pozmağa davam etdiyini vurğulayıb: “Onların mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir. 2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir”.
C.Bayramov xatırladıb ki, erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir.
Oxunub: 459
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"