Lavrov Putinlə Bayden arasında mümkün görüşdən danışdı
15:24 11 May 2021
“Dialoq, əlbəttə ki, lazımdır. Xüsusilə Vaşinqtonun demək olar, bütün silahlara nəzarət mexanizmlərini məhv etdiyi və yalnız strateji hücum silahlarının azaldılmasına dair sazişin (New START) qüvvədə qaldığı bir şəraitdə bu, çox vacibdir”.
Femida.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.
Bir qədər öncə Ağ Ev bildirib ki, ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə ikitərəfli münasibətlərdəki problemləri müzakirə etmək üçün bu yay Avropa ölkələrindən birində zirvə görüşü keçirməyi təklif edib. Kreml görüşün mümkün tarixinin müzakirə edildiyini bildirib. Bayden isə Putinlə iyunda görüşəcəyinə ümid etdiyini deyib.
“Amerikalı həmkarlarımıza görüşün mövzusu barədə qərar verməyin məqsədəuyğun olduğunu bildirmişik”, – nazir qeyd edib.
Onun sözlərinə görə, Rusiya ABŞ-a strateji sabitlik sahəsindəki bütün amilləri, istər hücum, istərsə də müdafiə sistemlərini nəzərdən keçirməyi təklif edib.
Oxunub: 1048
Oxşar xəbərlər
- Lavrov gələn həftə Azərbaycana səfər edəcək
- Lavrov Qərbin Rusiyadan 300 milyard dollar oğurladığını söyləyib
- Lavrov Avropa ölkələrinə xəbərdarlıq edib: "Qırmızı xətlərimiz var"
- Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
- Lavrov Çavuşoğlu ilə görüşəcək
- Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
- Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək
- Lavrov Mirzoyanla görüşüb
- Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
- Lavrov Ermənistan və Azərbaycanı ritorikanı yumşaltmağa çağırıb