Bakıda sıxlıq müşahidə olunan küçələr açıqlanıb


17:58     11 May 2021 21_05_11_1620741553.jpg

Hazırda H. Əliyev prospekti hava limanı istiqamətində (“Koroğlu” m/st-nın qarşısı), H. Əliyev prospekti kənar yol şəhər istiqamətində və R. Behbudov-A. Bakıxanov küçələrinin kəsişməsində təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda qeyd olunub ki, daha çox sıxlıq halı “Böyük Şor” qovşağının üstündə və R. Behbudov küçəsində müşahidə olunmaqdadır.

Açar sözlər:

Oxunub: 295