Avropa Şurası ilə birgə layihəyə başlanıldı


19:40     11 May 2021 21_05_11_1620744050.jpg

Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 53-cü görüşü keçirilib.

Bu barədə Femida.az-a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplantıda Azərbaycanın nümayəndəsi və gender bərabərliyi məruzəçisi, AMADA-nın direktoru Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olduğunu bildirib. O, dopinqlə mübarizənin idarə edilməsində gender balansının xüsusi əhəmiyyətini vurğulayıb. Ş. Hüseynli bildirib ki, hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalıdır.

Azərbaycanın nümayəndəsi Avropa Şurası ölkələrinin və WADA-nın nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumlar arasında gender balansı haqqında məlumatın toplanması, təsis sənədələrinin və daxili qaydaların təhlil edilməsi, bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

Bu layihə müsbət qarşılanıb və Azərbaycana xüsusi təşəkkür bildirilib. Ş. Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif edilib. Nəticədə, AMADA rəhbəri Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.

Qeyd edək ki, AMADA antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədəlatli dinləməyə çıxışı barədə araşıdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir.

Şəfəq Hüseynli 2019-cu ilin oktyabrında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilib.

Açar sözlər:

Oxunub: 940