Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər


19:58     11 May 2021 21_05_11_1620746470.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə Kazanda baş vermiş atışmada həlak olanlarla əlaqədar başsağlığı veriblər.

Femida.az-ın məlumatına görə, başsağlığıda bildirilir:

Hörmətli Rüstəm Nurqaliyeviç.

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Açar sözlər:

Oxunub: 814