Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi


20:49     11 May 2021 21_05_11_1620748189.jpg

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

"Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb", - deyə nazirliyin saytındakı xəbərdə bildirilir.

Açar sözlər:

Oxunub: 1017