Gürcüstanda aztəminatlı azərbaycanlı ailələrə Ramazan sovqatları paylanılıb


21:28     11 May 2021 21_05_11_1620750542.jpg

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) hər il olduğu kimi bu il də Ramazan bayramı münasibətilə ərzaq yardımı kampaniyası təşkil edib.

Femida.az xəbər verir ki, xeyriyyə aksiyası təşkilata üzv və tərəfdaş şirkətlərin dəstəyi ilə baş tutub.

Kampaniya çərçivəsində Tbilisi şəhəri, Qardabani və Marneuli rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.

Açar sözlər:

Oxunub: 893