Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb


10:34     12 May 2021 2021/05/54c7aeb1-92fe-3c24-8faa-42aa07c97a50_850_1620799960.jpg

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, mayın 11-də Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Açar sözlər:

Oxunub: 986