Şuşada “Xarıbülbül” festivalına start verildi


14:30     12 May 2021 21_05_12_1620816661.jpg


Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalı artıq başlayıb.

Femida.az xəbər verir ki, bununla bağlı fotoları sosial şəbəkələrdə festivala qatılan qonaqlar paylaşıb. Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış edirlər.

Qeyd edək ki, Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, festival keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Femida.az

Açar sözlər: #Şuşa   #Xarıbülbül   #musiqi   #festival  

Oxunub: 1274