Tətil günlərində milli parklarda tədbirlər keçiriləcək


14:52     12 May 2021 21_05_12_1620816736.jpg

Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində-milli parklarımızda keçirmək daha zövqlü olacaq, milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq.

Femida.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. Onun sözlərinə görə, parklarda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.

“13,14,15 may tarixlərində paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.

Parkda Ailə Biznesinə Asan Dəstək ( ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq”.

Xidmət rəsmisi hər kəsə bu tətil günlərini ölkəmizin milli parklarında keçirməyi, açıq havada təbiət gözəlliklərindən zövq almağı tövsiyə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 270


Oxşar xəbərlər