Cıdır düzündə 29 il əvvəlki fotosu ilə şəkil çəkdirdi


18:07     12 May 2021 2021/05/FB_IM-1620827102_1620829374.jpg

Əməkdar artist Fuad İbrahimov Cıdır düzündə 29 il əvvəlki fotosu ilə yeni şəkil çəkdirib. Onun sosial şəbəkədə paylaşdığı foto geniş marağa səbəb olub.

Femida.az xəbər verir ki, sənətçinin 29 il əvvəlki fotosu Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınıb.

"1992-ci ilin yanvar ayında, 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr olduğu kimi bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - tanınmış musiqiçi bildirib.

Qeyd edək ki, Əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib.

Açar sözlər:

Oxunub: 641