BNA: "Bəzi obyekt sahibləri piyada səkilərini zəbt edir"


18:26     12 May 2021 2021/05/IMG-2-3241652124_1620829654.jpg

Şəhər nəqliyyatında ən vacib məsələlərdən biri də səkilərin piyadaların rahat və maneəsiz hərəkət etməsi üçün uyğun vəziyyətdə olmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səkilərdə piyadalalar üçün maneəsiz hərəkət mühitinin yaradılması üçün bir çox layihələr icra edib.

Lakin təəssüf ki, hələ də bəzi obyekt sahibləri qanunsuz olaraq piyada səkilərini zəbt edirlər. Növbəti belə hal Nizami rayonunda C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yeni inşaa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Səkinin zəbt olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri addımlar atılacaq. Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.

Açar sözlər:

Oxunub: 305