Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı


19:10     12 May 2021 qeza_yeni.jpg

" Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.
"

Femida.az-ın məlumatına görə, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri - Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1122