Şuşada bayramı namazı qılınıb


09:32     13 May 2021 21_05_13_1620885176.jpg


İşğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada 29 ildən sonra Ramazan bayramı namazı qılınıb.

Femida.az xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.

Femida.az

Açar sözlər: #Şuşa   #bayram   #namaz  

Oxunub: 524