Ermənistan İrandakı səfirini geri çağırır


12:15     13 May 2021 21_05_13_1620894922.jpg


Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan geri çağırılacaq.

Femida.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Məlumata görə, bu qərar iki səbəbdən ola bilər.

Birinci versiya kimi İran tərəfinin onun işindən narazı olması göstərilir. İkincisi, Tumanyan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tuta bilər.

O, 1999-2000-ci illərdə nazirin birinci müavini, sonra prezident administrasiyasının rəhbəri olub. Bundan əvvəl isə deputat seçilib, eyni zamanda vergi xidmətinə rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1075