Qəzza sektorunda ölənlərin sayı 67 nəfərə çatıb


14:55     13 May 2021 21_05_13_1620900648.jpg

İsrailin Qəzza sektoruna zərbələri nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.

Femida.az xəbər verir ki bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, həlak olanlar arasında 17 uşaq var. Bundan başqa, aralarında 115 uşaq və 50 qadın da olmaqla, daha 388 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

İsraillə Fələstinin Qəzza sektorundakı sərhədində vəziyyət bazar ertəsi axşam daha da pisləşib. İsrailin yaşayış məntəqələrinin fasiləsiz raket atəşlərinə tutulması nəticəsində 6 yəhudi həlak olub, 200-dən insan çox yaralanıb. İsrail də öz növbəsində HƏMAS və "İslam cihadı" qruplaşmalarının mövqelərinə zərbələr endirib. Nəticədə bir neçə döyüşçü öldürülüb.

Açar sözlər:

Oxunub: 1115