Gəncədə azyaşlını maşın vurub


16:44     13 May 2021 21_05_13_1620907624.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Göygöl rayon sakini, 2014-cü il təvəllüdlü Elgün Məmmədovu yolu keçmək istəyən zaman maşın vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 939