Cəlilabadda ağır yol qəzası, sürücünün övladı ölüb


18:44     13 May 2021 qeza_yeni.jpg

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Ölənin şəxsin sürücünün azyaşlı övladı olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 682