Azərbaycanda tələbə itkin düşüb


09:31     14 May 2021 21_05_14_1620970354.jpg

Şabran rayon sakini olan 20 yaşlı İlkin Hüseynov Bakıda itkin düşüb.

Bu barədə "Report"un Şimal bürosuna onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.

Onun sözlərinə görə, İ.Hüseynov Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.

"İlkin bu ilin mayın 11-də Bakıdan çıxarkən evlə danışıb. Deyib ki, "Şamaxinka"dan çıxıram. Saat 15:40-dan sonra isə onunla əlaqə itib. Oğlumun boyu təqribən 165 santimetrdir. Oğlum Bakıda son günlərdə restoranların birində ofisiant kimi işləyirdi".

S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. O, oğlunu görənlərdən özünün 050 479 11 08 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib məlumat verməyi xahiş edib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Hüseynov Azərbaycan Texniki Universitetinin tələbəsidir.

Açar sözlər:

Oxunub: 956