Batumidə iki əcnəbinin meyiti tapılıb


10:24     14 May 2021 21_05_14_1620972039.jpg

Gürcüstanın Batumi şəhərində Kobaladze küçəsində iki nəfərin meyiti aşkar olunub.

Femida.az xəbər verir ki, onlardan biri kişi, digəri qadındır.

Hər iki şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Yerli sakinlərin sözlərinə görə, kişi özünü 19-cu mərtəbədən atıb, qadının meyiti isə mənzildə tapılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, istintaq tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 913