Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb


12:42     14 May 2021 neft5.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,06 ABŞ dolları, yaxud 3 % azalıb.


Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1041