DYP daha bir reyd keçirdi


14:32     14 May 2021 2021/05/3C7D7F59-C62C-44A6-8882-DE997CA371D3_1620988411.png

Qaxda təhlükəsizlik kəmərindən istifadən etməyən sürücülər barəsində protokol tərtib olunub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokol tərtib olunub.

Açar sözlər:

Oxunub: 3799