Balakən və Füzulidə ev yanıb


17:59     14 May 2021 2019/08/yangin_yeni1_1564987969.jpg

Balakən rayonunun Mollaçıbinə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Füzuli rayonunun Babı kəndində ümumi sahəsi 350 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 150 m² sahədə və dam örtüyü 235 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1163