Azərbaycanda tütün məmulatları istehsalı artıb


15:36     15 May 2021 tutun.jpg

Azərbaycanda emal sənayesində yanvar-mart aylarında 3 milyard 223,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Femida.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 83,1 faiz, qida məhsullarının istehsalında 6,3 faiz artım, içki istehsalında isə 13,1 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 58,1 faiz, kolbasa məmulatları 27,5 faiz, duru bitki yağları 12,9 faiz, kərəyağı istehsalı 6,3 faiz artıb, marqarin istehsalı isə 16,9 faiz azalıb.

Açar sözlər:

Oxunub: 785