"Həmas" İsrailin paytaxtına daha bir neçə raket zərbəsi endirib


15:55     15 May 2021 2021/05/17318-1621079584_1621079808.jpg

“Həmas” hərəkatının silahlı qanadı olan “Əl-Qəssam Briqadası” Təl-Əvivə doğru onlarla raket atdığını bildirib.

Femida.az xəbər verir ki, "Həmas"ın açıqlamasına görə bu, İsrailin Qəzza zolağında yerləşən qaçqın düşərgəsinə etdiyi hava hücumuna cavabdır.

Polisin verdiyi məlumata görə, iki raket Tel-Əvivin ətrafında bir yerə düşüb və zərər vurub. Polis əməkdaşları hadisə yerində işləyirlər. İlkin məlumatlara görə, bir nəfər ölüb.

“Əl-Qəssam Briqadası" sərhəd yaxınlığındakı İsrail əsgərlərinə hücum etdiklərini bildirib. Bu məqsədlə partlayıcı vasitə quraşdırılan drondan istifadə olunub.

Qeyd edək ki, İsrailin paytaxtı Tel-Əviv şəhərində Qəzza zolağından endirilən ardıcıl raket hücumları ilə əlaqədar həyəcan siqnalı verilib.

Açar sözlər:

Oxunub: 248


Oxşar xəbərlər