İran sərhədində şəhid olan hərbçi Tovuzda dəfn edildi


12:04     16 May 2021 21_05_16_1621152278.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazov dəfn edilib.

Femida.az-ın xəbərinə görə, şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə S.Eyvazovun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 417