Qəzada yaralanan Şəki sakini xəstəxanada ölüb


09:29     17 May 2021 21_05_17_1621229456.jpg

Mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ. Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E. Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə,nəticədə “VAZ-2107”də sərnişin qismində əyləşən F. Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 491