Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən bərpa olunub
09:55 17 May 2021
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu gündən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrindəəyani tədris forması qismən bərpa edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu gündənetibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa edilir.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
Oxunub: 667
Oxşar xəbərlər
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar nə zaman ödəniləcək?
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiya alanlara ŞAD XƏBƏR
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
- Bakı, Sumqayıt, Abşeronda əyani təhsilin forması açıqlanıb
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi