Bakıda əyani təhsilə başlayan şagirdlərin sayı açıqlanıb


10:51     17 May 2021 derslik.jpg

“Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə mayın 17-dən Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunda ümumtəhsil qismən əyani təhsilə qayıtmışıq. Bununla əlaqədar bütün işlər görülüb. Ümumtəhsil müəssisələrində həftədə 2, ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla əyani tədris bərpa olunub. Xüsusi məktəblərdə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş olmaqla həftədə 2 dəfə əyani tədrisi bərpa etmişik”.

Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.

O bildirib ki, təhsil müəssisələrində xüsusi karantin rejiminə uyğun bütün qaydalar həyata keçirilir: “410 mindən artıq şagird və 25 min müəllim bu prosesə cəlb olunub”.

Açar sözlər:

Oxunub: 558