Kommersiya məhkəmələrində 7200-ə yaxın işə baxılıb


17:43     17 May 2021 mehkeme7.jpg

“Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışında müsahibəsində bildirib.

Nazir qeyd edib ki, kommersiya mübahisələri üzrə yekun qərarların 80 faizi ilə tərəflər razılaşıb:

“Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96%-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 451