Nərminin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLADI


18:30     17 May 2021 2021/04/nermin-foto_1619024243.jpg

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun məhkəməsi başlayıb.


Bu barədə APA-ya onun vəkili Murtuzəli Abbasov məlumat verib.

Bildirib ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə ilk hazırlıq iclası keçirilib.

İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Növbəti məhkəmə prosesi iyunun 1-nə təyin edilib.

Açar sözlər:

Oxunub: 316