Maşınlardan oğurluq edən şəxs tutuldu


14:20     18 May 2021 masin_ogrusu_018.jpg

Abşeron rayonunda iki avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, rayon ərazisində iki avtomobildən ümumilikdə 1030 manat məbləğində pul və 1291 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini A.Rəsulov Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 463