Güləşçimiz Avropa çempionu oldu - VİDEO


22:06     18 May 2021 21_05_19_1621372581.jpg


Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi Nikolay Qrahmezlə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb və Skopyedə Azərbaycan himnini səsləndirib.



Femida.az

Açar sözlər:

Oxunub: 718