Azərbaycanın dövlət büdcəsində qalıq 700 milyon manatı keçib


09:58     19 May 2021 manattt.jpg


Bu ilin yanvar-aprel aylarında Azıərbaycanın dövlət büdcəsinin gəlirləri 8 234,3 milyon manat, xərcləri isə 7 527,7 milyon manat təşkil edib.

Femida.az Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % az və 3,6 % çoxdur.

Son nəticədə büdcədə 706,6 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-mart aylarının yekununda büdcə qalığı 212,7 milyon manat olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 762