Şamaxıda Kələxana türbələri dövlət mühafizəsinə götürülüb


20:27     19 May 2021 21_05_19_1621438116.jpg

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Bu barədə Femida.az-a cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub: “Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.

Açar sözlər:

Oxunub: 392