Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib


23:12     19 May 2021 21_05_19_1621451632.jpg

Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ətraflı müzakirə olunub.

Hər iki tərəf sərhədyanı insidentin danışıqlar yolu ilə tezliklə nizamlanmasında maraqlı olduqlarını bildiriblər.
Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçi kimi vəziyyətin normallaşmasına fəal yardım edir və bu ruhda fəaliyyətini davam etdirəcək.

Açar sözlər:

Oxunub: 389