Almaniyanın XİN rəhbəri İsrailə gedib


13:36     20 May 2021 2021/05/C8C9FC8E-6002-4005-91BC-085A5E464C8D_1621503658.jpeg

Almaniyanın xarici işlər naziri Heyko Maas İsrailə səfər edib.

Femida.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Qabi Aşkenazi tvitter hesabında bidirib.

“Dostum, Almaniyanın xarici işlər naziri Heyko Maas, bu gün İsrailə etdiyiniz həmrəylik səfərinə görə çox təşəkkür edirəm. Almaniyanın müharibənin əvvəlindən verdiyi dəstəyə və “Həmas”ın terror fəaliyyətlini pislədiyinə görə minnətdaram”, - İsrailin XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, Qəzza zolağında vəziyyət mayın 10-dan gərginləşməyə başlayıb. Hər iki tərəfdən ölənlər və yaralılar var.


Femida.az

Açar sözlər:

Oxunub: 743