Xaçmazda qəbiristanlığın yaxınlığında silah-sursat aşkarlandı
10:18 21 May 2021
Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Üryanoba kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən döyüşə yararlı 1290 ədəd 7.62 mm-lik və 134 ədəd 5.45 mm-lik patronlar, 2 ədəd aviabomba hissəsi, 6 ədəd avtomat darağı və ümumilikdə 108 ədəd müxtəlif növ təlim mina və qumbaraları aşkar olunub.
Sursatların tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Femida.az
Oxunub: 766
Oxşar xəbərlər
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda yol qəzası olub, ölən var
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Xaçmazda “TIR” kişini vuraraq öldürüb
- Xaçmazda oğul atasını qətlə yetirib
- Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib