Milli Məclis sədri: "Avropa Parlamentinin qətnaməsi bir kağız parçasıdır"


11:17     21 May 2021 21_05_21_1621581843.jpg


“Dünən Avropa Parlamentində “hərbi əsirlər” adlı qətnamə qəbul edilib. Bu qətnamədə irəli sürülən iddialar heç bir reallığı əks etdirmir”.

Femida.az xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Avropa parlamenti bir milyondan çox məcburi köçkünün taleyinə səssiz qalırdı. Sözügedən qətnamə də bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq bir kağız parçasıdır”, - o əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 674