Agentlik: Son illərdə 7 mindən çox saxta əlillik ləğv edilib


12:03     21 May 2021 sened_0238.jpg

Hazırda Azərbaycanda əlilliyin ümumi göstərici əhaliyə nisbətdə 6 faiz təşkil edir.


Femida.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

O bildirib ki, bu rəqəm pensiya sistemində 30 faiz təşkil edir: “Bu da digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyükdür. Bu, köhnə dövrdə əlilliklə bağlı sui-istifadənin olduğunu göstərir. Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanaraq ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, sui-istifadə halları aradan götürülsün”.

Femida.az

Açar sözlər:

Oxunub: 891